AID LANGUAGE CENTER dillər məktəbimiz xoş gəlmişsiniz!

Bakıda yerləşən AID Language Center - ABŞ və Britaniya təhsil materiallarından istifadə edərək, yeganə məktəbdir ki, tələbələrin dil qavraması üçün, nəyinki yüksək təhlil olunmuş təhsil materiallarından istifadə edir, eləcə də xarici psixoloqların “BAX, GÖR, TOXUN, HİSS ET və YADDAŞINA HƏKK ET” metodlarından bütün dərslərdə tədbiq edir.

AID LANGUAGE CENTER-də, müəllimlər xaricdə yaşamış, xaricdə dərs demiş və aylarla AID Management Nyu York partnyorları tərəfindən qəliz testlərdən keçmiş professional müəllim heyyətindən ibarətdir. Müəllimlərin dərsləri şən, nəşəli, yadda qalan və gülərüz keçməsi üçün, müəllimlərimiz xarici psixoloqlar testlərindən keçirilib və bir neçə nümunə üçün tələbələr ilə təcrübə aparılıb . Müəllimlər yüksək nəticə göstəricisindən sonra, AID LANGUAGE CENTER-ə qəbul olunublar. Məktəbimizdə sıfırdan başlayan və mükəmməl danışıqa malik olana qədər mərhələli dərslər keçirilir. AID LANGUAGE CENTER-də qruplar Beginner English, Intensive English, Intermediate English, Upper intermediate English, Advanced English, Pre IELTS, IELTS, Pre TOEFL, TOEFL, Conversation club, Movie Night, Culinary Night qruplarından ibarətdir. Eləcə də məktəbimizdə İspan, Alman, Rus dilləri qrupları da mövcuddur. Dərslər haqqında daha ətraflı məlumat əldə etmək üçün, saytımızın QRUPLARIMIZ bölümünə klikləyərək dərslər, cədvəl, qiymətlər və qeydiyyat haqqında kiyafət qədər məlumat əldə edə bilərsiniz.

Mərkəzimizdə yaş məhdudiyyəti 7 yaşdan 60 yaşa kimidir. Qruplar tələbənin dil səviyyəsinə görə siniflərə bölünür. Tələbələr bir mərhələdən daha yüksək mərhələyə keçmək üçün, hər ay sonunda Nyu York və London mütəxəssisləri tərəfindən hazırlanan imtahanlardan keçirilir. Tələbələr təhsil müddətini başa vurduqda, sertifikatlarla təltif olunurlar

Bizim məktəbimiz bir neçə xarici komanda ilə birliktə aylarla hazırladığı metodikalardan istifadə edir. Misal olaraq, CULINARY NIGHT dərslərimizdə tələbələrimiz beynəlxalq mətbəxin asan yeməklərinin hazırlanmasında iştirak edəcəkdirlər. Beləliklə, tələbələr istifadə etdikləri məhsulları metodikalarımıza uyğun olaraq görəcək, toxunacaq, hiss edəcək və yaddaşına həkk edəcəkdir. 1 il müddətində, biz dünya statistikasını analiz etdik. 85% insanlar, kitab oxuduğu zaman, oxuduğu məlumatların 75%- ni unudur. Səbəb, bir kitabın oxunmasına və tamamilə bitməsinə günlərlə vaxt ayrılır, bu zaman ərzində tələbə bir neçə hadisələrə diqqət yayındırır və oxuduğu materialın müəyyən hissəsi hər dəfə yaddaşdan silinmiş olur. Bu metodika ilə mübarizə etməmiz üçün, biz hər keçirilən dərs haqqında həftə sonu tələbələrimiz üçün kinoteatr zalında, müəllim və tələbələrlə birgə kino izləyirik. Təkrar olaraq, tələbə artıq keçdiyi dərsi, vizual olaraq foto yaddaş edir.

Müəllimlərimiz bədən dili və emosiyadan istifadə edərək keçirilən dərslərin daha yaxşı yadda qalmasına kömək edir. Bizim üçün, sizin emosiyanıza toxunmaq və sizə dərsi hiss etdirmək çox önəmlidir. Dil səviyyəsini təkminləşdirməkdən sonra, tələbələrimiz jurnalistika, qısametrajlı film, bəstəkarlıq klublarımıza da qatıla bilərlər. Bu qruplarda, proses zamanı tələbələr onları maraqlandıran mövzular seçib materiallar hazırlayaraq çıxışlar edirlər. Daha sonda isə, müəllimlər dillə bağlı olan səhvləri tələbələr ilə müzakirə edir və irəliləyişi təkminləşdirir. Bu klublar tələbənin düşüncələrini və fikirlərini bildirə bilməsinə kömək edir.

Uzaqda olanlarıda unutmadıq. Bizim online dərslərimiz xüsusi proqramla hazırlanır. İstəyən hər bir kəs saytımızda olan online anketi dolduraraq mərkəzimizin yüksək səviyyəli təhsilindən yararlana bilər, professional müəllim heyətimiz isə sizə hər zaman kömək etməyə hazır olacaqdır. Bütün bu proseslər yalnız və yalnız tələbənin öyrənmək istədiyi dildə keçirilir! Qısa zaman ərzində, həm danışıq, həm də yazma qabiliyyətinizi mükkəməl şəkildə BİZİMLƏ təkminləşdirin. "AID Language Center"-də təhsil aldıqdan sonra və yüksək İngilis dili biliyinə sahib olduqdan sonra, "AID Language Center"-in xaricdə təhsil komandası, sizə Amerika və Kanadada IELTS olmadan təhsil proqramları ilə ixtisasınız üzrə universitet qəbulunuzu alacaqdır. 328-ə yaxın universitet və kolleclərlə çalışdığımız üçün, IELTS olmadan, yalnız daxili testlərini keçərək artıq siz də "Xəyallarınızı gərçəkləşdirəcəksiniz". Təhsil haqqlarının güzəştli ödənilməsi, tələbənin yerləşməsi, qarşılanması üçün bütün xidmətləri tələbəmizə təqdim edirik.

Gələcək karyeranızı qurmaq üçün, Universitetlərimizin Karyera departamenti tələbələrimiz üçün bir neçə iş vakansiyası təşkil edə bilir, bununla da tələbələrimiz artıq gələcək iş həyatına ilk sağlam addımlarını atmış olurlar.

Müəllim tərəfindən verilən bütün tapşırıqları vaxtında yerinə yetirib, dərslərə məsuliyyətli yanaşdığı təqdirdə, tələbə 2 ay ərzində “beginner” (başlanğıc) səviyyəsindən, pre- intermediate(orta) səviyyəsinə keçid alır. Yəni IELTS dərəcəniz 0 dan 4.0 yüksəlir. 4aydan sonra, Upper-intermadiate səviyyəsinə yüksəlirsiniz ki, bu da artıq sizin ingilis dilinizin yüksək səviyyədə olduğunu göstərir. IELTS dərəcənizi 6.5 dək yüksəltmiş olursunuz.